Assanj azadlığa çıxdı
“Wikileaks”in qurucusu Culian Assanj həbsxanadan azad edilib.
TodayPress xəbər verir ki, bu barədə “Wikileaks” “X” sosial şəbəkəsində məlumat yayıb.
“Culian Assanj azadlıqdadır” deyə paylaşım edilib.
Bildirilir ki, Assanj 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxılılıb. O, təyyarə ilə Böyük Britaniyanı tərk edib.
tag: Assanj, Azadlıq, X Sosial Şəbəkə, Britaniya, todaypress.az,