AŞPA prezidenti Gürcüstanı ittiham etdi
Dünya
30.01.2025 12:08
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rosopulos assambleyanın gürcü nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq edən qərarına cavab olaraq Gürcüstanın AŞPA ilə münasibətlərini dayandırdığını təsdiqləyib.
TodayPress xəbər verir ki, bu barədə “European Truth” məlumat yayıb.
Rosopulos, Gürcüstanın təşkilatdan çıxmaq qərarına görə təəssüfləndiyini bildirib:
“Mən Gürcüstan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyasına səs verdikdən sonra Avropa Şurası Parlament Assambleyasından çıxmaq qərarından təəssüflənirəm” deyə AŞPA prezidenti bildirib.
O, AŞPA-nın əlaqə qurmaq cəhdlərinə baxmayaraq, dialoqun pozulmasına görə Tbilisini ittiam edib.
Onun sözlərinə görə, Gürcüstanın qərarı respublikada demokratiyanın inkişafına kömək edə biləcək dialoqa xələl gətirir.
Qeyd edək ki, yanvar ayının 29-da Gürcüstan respublika hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qəbul edilmiş qətnamə ilə əlaqədar AŞPA-da fəaliyyətini dayandırıb.
Nicat Osman
tag: AŞPA,Gürcüstan,Teodoros Rosopulos ,Qərar,Todaypress.az,