“Asiya NATO-su” yaradılır? - Rəsmi açıqlama
“Asiya NATO-su”nun yaradılması haqqında danışmaq hələ tezdir”.
TodayPress xəbər verir ki, bunu ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink deyib.
“Bu kontekstdə kollektiv təhlükəsizlik və daha formal institutların yaradılması haqqında danışmaq hələ tezdir. Biz regionun mövcud formal arxitekturasına sərmayə qoymağa, rəsmi və qeyri-rəsmi əlaqələr şəbəkəsini qurmağa davam etməyə yönəlmişik. Nəticədə bunun nəyə gətirib çıxaracağını müşahidə edəcik” deyə ABŞ dövlət katibinin köməkçisi bildirib.
Kritenbrink, həmçinin qeyd edib ki, ABŞ Yaponiyada partiyadaxili seçkilərdə neytral mövqe tutub. Onun sözlərinə görə, kimin hökumət başçısı olmasından asılı olmayaraq, o, Vaşinqton və Tokio arasında müttəfiqliyə uyğun namizəd olacaq.
Töhfə Səməd
tag: Asiya NATO-su,ABŞ ,Şərqi Asiya,Sakit Okean,Daniel Kritenbrink,Yaponiya,Vaşinqton,Tokio,todaypress.az,