“Asiya NATO-su” yaradıla bilər - Müzakirələr başladı
Dünya
01.12.2024 09:24
Yaponiya hakimiyyəti Şimali Atlantika Alyansının Asiya analoqunun yaradılmasını müzakirə etməyə başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, “NATO-nun Asiya versiyası”nın yaradılması ideyası hakim Liberal Demokrat Partiyası tərəfindən nəzərdən keçirilir. Bununla bağlı Yaponiyanın Baş nazirinin göstərişi ilə xüsusi komitə yaradılıb.
Alyansın əsasını Asiya-Sakit Okean regionu dövlətlərinin iştirakı ilə Yaponiya və ABŞ arasında ittifaq təşkil etməlidir.
tag: Yaponiya,Şimali Atlantika Alyansı,Asiya NATO-su,ABŞ ,Şərqi Asiya,Sakit Okean,todaypress.az,