Arxeoloqlar orta əsrlərə aid nadir zireh parçası tapdılar
Norveçin Oslo şəhərində arxeoloqlar suyun altında 14-cü əsrə aid dəmir əlcək tapıblar.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Qeyd olunub ki, bu müddət ərzində əlcək orijinal formasını itirib.
Arxeoloqlar güman edir ki, həmin əlcək təsadüfi formada suyun dibinə düşüb. Çünki həmin ərazidə heç vaxt müharibə olmayıb.
Mütəxəssislər bu orta əsr zireh parçasının çox bahalı olduğunu, ona görə də adi bir şəhər sakininin onu ala bilməyəcəyini vurğulayıblar.
Töhfə Səməd
tag: Norveç, Oslo, Arxeoloqlar, Əlcək ,Zireh, todaypress.az,