Arxeoloqlar 3600 illik bənövşəyi boya emalatxanası tapdı
Dünya
15.06.2024 08:00
Arxeoloqlar Yunanıstanın Egey adasında 3600 illik bənövşəyi boya emalatxanası tapıblar.
TodayPress xəbər verir ki, avstriyalı arxeoloqlar adadakı qədim Kolona şəhərində apardıqları qazıntılar zamanı üst-üstə çökən iki binanın qalıqlarını araşdırıblar.
Parisin Salzburq Universitetinin tədqiqatçıları 5000 illik qədim şəhərdəki ən qədim binanın bənövşəyi rəngləmə emalatxanası kimi istifadə edildiyini müəyyən ediblər.
Tunc dövrünün sonlarında istifadə edilən bu emalatxananın yaxşı vəziyyətdə olduğu bildirilib.
Arxeoloqlar keramika parçaları üzərində bənövşəyi piqmentlər tapdılar. Bildirilib ki, bunlar ehtimal ki, emalatxanada istifadə olunan boya qablarının qalıqlarıdır.
Elm adamları boyanın hazırlanmasında istifadə edilən ilbizlərin əzilmiş qabıqlarının qalıqlarını da aşkar ediblər. Tədqiqata rəhbərlik edən Lidiya Berger qablardakı boyaların yaxşı qorunduğuna diqqət çəkərək bldirib ki, onlardan hazırda paltarların rənglənməsi üçün istifadə oluna bilər.
Qeyd edək ki, Tyrian bənövşəyi və ya kral bənövşəyi kimi də tanınan boya, Aralıq dənizində yaşayan tikanlı ilbizlərin düz bağırsağa yaxın vəzilərinin distillə edilməsi ilə əldə edilir.
GÜNEL
tag: Emalatxana, Arxeoloq, İlbiz, Elm adamları, todaypress.az,