“Artemis 3”ün eniş zonaları müəyyənləşdi
Dünya
02.11.2024 12:30
NASA Amerika astronavtlarını Ayın səthinə çıxaracaq “Artemis 3” missiyası üçün eniş yerlərinin siyahısını yeniləyib.
TodayPress xəbər verir ki, 2022-ci ilin avqustunda “Artemis 3”ün eniş yerlərinin siyahısında 12 ərazi var idi. Yeni sənədə onlardan yalnız 9-u əlavə edilib. Bütün yerlər Ayın cənub qütbünün yaxınlığında yerləşir.
Proqnozlara görə, 2028-ci ilin fevralına qədər layihənin 70 faizi hazır olacaq. NASA-nın hədəfi isə proyekti 2026-cı ilin sentyabrında təhvil verməkdir. Hazırda bu istiqamətdə intensiv işlər gedir.
Qeyd edək ki, mümkün məntəqələrin siyahısı “Starship” nəqliyyat sisteminin imkanları nəzərə alınmaqla hazırlanıb.
Töhfə Səməd
tag: NASA, Amerika, Artemis 3,Proqnozlar, Starship, todaypress.az,