Arktikada ərimiş adanın fotosu yayımlandı

Dünya

03.11.2024 14:05

Qlobal istiləşmənin təsiri ən çox Arktikada nəzərə çarpır. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bu, 1995-ci ildən əvvəl meydana çıxan Mesyatsev adasında buz təbəqəsinin əriməsinə səbəb olub. 

2019-cu ilin avqust ayında adanın sahəsi təxminən 53 hektar olub və 5 ildən sonra 3 hektarlıq kiçik bir adaya çevrilib.

Sentyabr ayında o, tamamilə yoxa çıxıb.

Alimlər hesab edirlər ki, əriməyə səbəb iqlimin istiləşməsidir. Bu da dəniz səviyyəsinin qalxmasına səbəb olur.

Qlobal istiləşmə Arktika faunasına da ziyan vurub. Məsələn, iqlim dəyişikliyi səbəbindən qütb ayılarının pəncələrində buz böyümələri əmələ gəlib.

Günəş Mərd 

tag: ADA,Buzlaq,Afrika,Alimlər,Todaypress.az,