Aripov növbəti dəfə Özbəkistanın Baş naziri seçildi
Özbəkistana Baş nazir təyin edilib. Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatları bu vəzifəyə hazırkı Baş nazir Abdulla Aripovu yenidən təyin ediblər.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Siyasətçi 2016-cı ildən respublikanın Nazirlər Kabinetinin rəhbəri vəzifəsində çalışıb.
Aripov təyinatdan əvvəl növbəti dövr üçün fəaliyyət proqramını təqdim edib. Deputatlar bunu gizli səsvermə yolu ilə təsdiqləyiblər.
Günəş Mərd
tag: Özbəkistan,Baş Nazir,Ali Məclis,Qanunvericilik Palatası,Abdulla Aripov,todaypress.az,