Argentinada xalq hökumətə etiraz etdi - 40 nəfər yaralandı
Dünya
13.06.2024 22:23
Milei hökumətinin Argentinada tətbiq etmək istədiyi “İqtisadi İslahat Paketi” minlərlə insan tərəfindən etirazla qarşılanıb.
TodayPress xəbər verir ki, Argentinada Xavier Milei hökumətinin təqdim etmək istədiyi hərtərəfli "İqtisadi İslahat Paketi" minlərlə insan tərəfindən etirazla qarşılanıb. Paytaxt Buenos Ayresdə Konqresin qarşısına toplaşan minlərlə insan hökumətin İqtisadi İslahat Paketinə sərt reaksiya verib və polislə qarşıdurma yaşanıb. Etirazçılarla polis arasında yaranan qarşıdurmada 40 nəfərin yaralandığı, 30 fəalın isə saxlanıldığı bildirilir.
Molotof kokteyli və daşla hücum edən nümayişçilərə təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və təzyiqli su ilə cavab verib.
GÜNEL
tag: Argentina, Xavier Milei, Hökumət binası, Etiraz aksiyası, todaypress.az,