Argentinada xalq hakimiyyətə etiraz edir: "Acından ölürük"
Dünya
09.06.2024 00:07
Yoxsulluğun artdığı və inflyasiyanın 289 faizə yüksəldiyi Argentinada insanlar yenidən küçələrə axışıb.
TodayPress CNN-ə istinadla xəbər verir ki, Argentina prezidenti Xavyer Mileinin hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi qənaət siyasəti xalqı getdikcə çətin vəziyyətə salıb.
Etirazçılar Mileinin şorbaxanalara ərzaq yardımını kəsməsi səbəbindən hər 2 nəfərdən birinin yoxsulluq və aclıqdan əziyyət çəkdiyini bildirib. Onlar xalqın aclıqdan ölmək məcburiyyətində olmadıqlarını vurğulayıblar.
Qeyd edək ki, Argentinada ölkə üzrə yoxsulluq 55 faizə çatıb.
GÜNEL
tag: Argentina, Yoxsulluq, Xavyer Mileinin, İnflyasiya, todaypress.az,