Argentinada təlim təyyarəsi zavoda çırpıldı

Dünya

10.08.2024 11:21

Argentinada “Cessna 152” tipli təyyarə ölkənin ən böyük enerji operatoru olan “Air Liquide” şirkətinin oksigen zavoduna çırpılıb.

TodayPress xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb. 

Pilotu xilas etmək mümkün olmayıb. Təyyarə qəzaya uğradıqdan dərhal sonra zavodda yanğın başlayıb. Alov ram edilib.

Qəza yerinin yaxınlığındakı anbarda saxlanılan maye oksigenin alışma riski ilə əlaqədar zavodun və qonşu obyektin işçiləri təxliyə edilib. 

Töhfə Səməd

tag: Argentina, Təyyarə, Qəza, Pilot,Cessna 152, todaypress.az,