Argentinada inflyasiya ilin əvvəlindən 107 %-ə çatdı
Dünya
13.11.2024 07:54
Argentinada oktyabr ayında qiymətlərin
artımı 2,7% olub, ilin əvvəlindən isə inflyasiya 107 %-ə yüksəlib.
TodayPress xəbər verir ki, bu göstəricilər ölkənin
Statistika və Siyahıyaalma İnstitutunun yayımladığı məlumatlarda yer alıb.
“İstehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü
ilin oktyabr ayında 2,7 %, ilin əvvəlindən isə ötən ilin müvafiq ayı ilə
müqayisədə 107 % artıb” məlumatda bildirilir.
Oktyabr ayının göstəricisi, 2021-ci il noyabrdan ən aşağı
səviyyə olub və inflyasiyanın artım sürətinin yavaşlamağa başladığını
təsdiqləyib. Oktyabr ayında qiymətlərin artımına ən çox təsir edən amillər
arasında kommunal xidmətlər (+5,4 %), geyim (+4,4 %) və mehmanxana və restoran
xidmətləri (+4,3 %) olub.
Argentina artıq bir neçə ildir, ən yüksək inflyasiya
göstəricilərinə sahib olan ölkələrdəndir. 2023-cü ildə qiymət artımı 211,4 %,
2022-ci ildə 94,8 %, 2021-ci ildə isə 50,9 % olub.
tag: Argentina, Statistika, İstehlak, İnflyasiya, todaypress.az,