Argentinada 5,8 maqnituda gücündə zəlzələ oldu

Dünya

02.05.2025 02:56

11

Argentinanın qərbindəki La Rioxa əyalətində 5,8 maqnituda gücündə zəlzələ qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 km şimal-qərbdə, ocağı 131 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

tag: Argentina, Rioxa, Zəlzələ, Avropa, Təkan, todaypress.az,