Argentina Ukraynaya hərbi yardım göndərməyəcəyini açıqladı
Argentina rəsmisi Ukraynaya hərbi yardım etməyəcəyini açıqlayıb.
TodayPress Reuters-ə istinadla xəbər verir ki, Argentina president administrasiyasının rəsmi nümayəndəsi Manuel Adorni ölkəsinin Ukraynaya hərbi yardım göstərməyəcəyini və münaqişəyə qarışmayacağını bildirib.
“Biz heç bir hərbi yardım göstərməyəcəyik. Biz humanitar dəstək, logistika və ərazinin minalardan təmizlənməsi ilə bağlı yardım təklif edəcəyik” deyə Adorni vurğulayıb.
Prezident administrasiyasının sözçüsü onu da əlavə edib ki, Argentina hərbi münaqişəyə heç bir şəkildə müdaxilə etmək niyyətində deyil. Adorninin sözlərinə görə, ölkəsinin Rusiyaya qarşı hərəkətləri düşmənçilik xarakteri daşımır, çünki düşməncəsinə hərəkətlər silah göndərmək, hərbi münaqişədə iştirak etməkdir.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin Argentinanın Ukraynanın müdafiəsi üzrə təmas qrupuna qoşulduğunu açıqlamışdı.
İyunun 14-də Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov bildirib ki, Latın Amerikası ölkəsi Kiyevə hərbi təyyarələr ötürməyəcəyinə söz verib.
GÜNEL
tag: Agrentina, Ukrayna, Hərbi yardım, Humanitar yardım, todaypress.az,