Argentina öz pulunu çap etməkdən imtina edir
Dünya
29.10.2024 12:12
Argentinanın maliyyə orqanları qərara gəliblər ki, ölkənin 1000 və 2000 peso nominalında yeni əskinaslara hələ ehtiyacı yoxdur.
TodayPress xəbər verir ki, bu barədə “La Nacion” məlumat yayıb.
Belə ki, Cənubi Amerika ölkəsinin mərkəzi bankı bu əskinasların baha olması səbəbindən yerli sikkəxana ilə müqaviləni ləğv edib. Zərbxana işçiləri məcburi məzuniyyətə göndərilib.
Rəsmilər açıqlayıb ki, hazırda ölkədə kifayət qədər pul nişanları buraxılıb, lakin hələ də daha böyük nominallı əskinaslara ehtiyacı var.
Töhfə Səməd
tag: Argentina, Cənubi Amerika, Zərbxana, İşçilər, Maliyyə, todaypress.az,