Argentina məhkəməsi Maduronu axtarışa verdi

Dünya

24.09.2024 09:05

Buenos-Ayres məhkəməsi Venesuela prezidenti Nikolas Maduronun insan haqlarının pozulması iddialarına görə beynəlxalq axtarışa verilməsinə qərar verib. 

TodayPress xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb. 

Məhkəmə Venesuela liderini cinayətlərdə ittiham edən Argentina Demokratiyanın Müdafiəsi Forumu qeyri-hökumət təşkilatının şikayətinin təmin edilməsinə qərar verib.

Argentina məhkəməsi hesab edib ki, bu cür ittihamlar universal yurisdiksiyaya aiddir, ona görə də Maduronu axtarışa vermək səlahiyyəti var.

Qeyd edək ki, sentyabrın 19-da Avropa Parlamenti (AP) Avropa İttifaqına (Aİ) və üzv ölkələrə müraciət edərək, iyulun sonunda keçirilən seçkilərdən sonra Venesuela prezidentinin beynəlxalq həbsinə order verilməsini xahiş edib.

Günəş Mərd

tag: Venesuela ,Argentina, Avropa Parlamenti, Seçkilər ,Prezident ,Maduro ,todaypress.az,