Argentina Maduronun həbsinə order verilməsini istəyir

Dünya

07.09.2024 08:53

Argentina Xarici İşlər Nazirliyi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroruna müraciət edərək, Venesuela prezidenti Nikolas Maduroya və rejimin digər liderlərinə qarşı həbs orderinin verilməsinə başlamaq üçün müraciət edib. 

TodayPress xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib. 

Sənədin mətninə əsasən, Argentinanın müraciəti iyulun 28-də keçirilən seçkilərdən sonra Venesuelada vəziyyətin pisləşməsi və insanlığa qarşı cinayət sayıla biləcək yeni əməllərin törədilməsi ilə bağlıdır.

Qeyd edək ki, iyulun 28-də Maduro Venesuelada keçirilən prezident seçkilərində qalib gəlib. Ertəsi gün ölkədə etirazlar başlayıb. Karakasda polislə nümayişçilər arasında toqquşmalar baş verib. Respublika Baş Prokurorluğu 2 mindən çox adamın saxlandığını bildirib.

Günəş Mərd

tag: Argentina, Maduro, Prezident ,Həbs ,Prokurorluq, todaypress.az,