Argentina Britaniya ilə mübahisəli adaları geri qaytarmaq qərarına gəldi
Argentina Böyük Britaniya ilə mübahisəli olan Folklend adalarını (Malvin adaları) qaytarmaq qərarına gəlib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Diana Mondino “X” sosial şəbəkəsində məlumat verib.
Bildirilib ki, Argentina hökuməti Britaniya tərəfinin Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyaya təhvil verməsindən sonra bu qərara gəlib.
Mondino qeyd edib ki, Mavrikiya Çaqosu geri almağa müvəffəq olub və bu, Afrikadakı Britaniya koloniyasının sonu deməkdir. Nazirin sözlərinə görə, Buenos-Ayres bu addımı alqışlayır.
Xatırladaq ki, oktyabrın 3-də Böyük Britaniya Hind okeanında yerləşən strateji əhəmiyyətə malik Çaqos adaları üzərində yarım əsrdən çox davam edən suverenliyindən imtina edəcəyini bildirib. Böyük Britaniyanın və Mavrikiyanın baş nazirləri tərəfindən birgə açıqlanan bu razılaşma iki ölkə arasında adalar üzərindəki suverenlik mövzusunda onilliklərdir davam edən mübahisəyə son qoyub.
Qeyd edək ki, bu adalar qrupuna daxil olan tropik Dieqo Qarsiya adasının xüsusi əhəmiyyəti var. Çünki bu ərazi ABŞ hökuməti tərəfindən donanma gəmiləri və uzaqmənzilli bombardmançı təyyarələr üçün hərbi baza kimi istifadə olunur.
Bildirilib ki, Dieqo Qarsiyadakı ABŞ-İngiltərə hərbi bazası fəaliyyətini davam etdirəcək.
Töhfə Səməd
tag: Britaniya ,Argentina ,ABŞ ,Dieqo Qarsiya ,İngiltərə ,Hərbi Baza ,todaypress.az,