Argentina ABŞ ilə azad ticarət sazişi imzalayacaq

Dünya

20.12.2024 09:55

ABŞ və Argentina arasında azad ticarət sazişi ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasının gündəmindədir.

TodayPress "RİA"ya istinadən xəbər verir ki, bu barədə Argentina lideri Xavyer Mayli danışıb.

“Biz bunu ABŞ ilə edəcəyik. Trampla işləyən şəxslərdən biri deyib ki, Argentina ilə işləmək gündəmdədir” deyə siyasətçi bildirib.

Qeyd edək ki, Cənubi Amerika ölkələrinin ümumi bazarı olan "Mercosurun" qaydaları digər ölkələrlə kollektiv azad ticarət sazişləri tələb edir, çünki onun üzvləri ümumi bazarı qoruyur. Blok daxilində ümumi gömrük tarifi və ondan istisnalar sistemi mövcuddur.

Günəş Mərd

tag: ABŞ, Argentina ,Azad ,Ticarət, Saziş ,todaypress.az,