Aprelin 25-də İkoff Putinlə görüşə bilər
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinlə aprelin 25-də Rusiyada görüşə bilər.
TodayPress xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Axios” portalı məlumat yayıb.
Göyərtəsində Uitkoffun olduğu “Gulfstream G650” təyyarəsinin Parisdən Rusiyaya doğru uçduğu güman edilir.
Bu məlumatın “Flightradar” izləmə xidməti tərəfindən təsdiq edildiyi bildirilir.
tag: ABŞ, Putin, Rusiya, Uitkoff, Stiven, Paris, todaypress.az,