"Apple"ın işçiləri İsrail ordusuna ianə göndərməkdə ittiham olundu
Dünya
13.06.2024 20:05
Bəzi işçilər və səhmdarlar Amerikanın texnologiya şirkəti “Apple” işçilərindən İsrail ordusuna ianə göndərməkdə ittiham ediblər.
TodayPress “The Intercept”ə istinadla xəbər verir ki, özlərini şirkətin keçmiş və hazırkı əməkdaşları kimi qələmə verən 133 nəfər işçi ianələrin göndərildiyi qurumlarla bağlı “Apple” şirkətinə açıq məktub yazıb.
Sözügedən iddianın dərhal araşdırılmasının tələb olunduğu məktubda “Apple” dan bütün qeyri-hökumət təşkilatlarına "ianə" verməyi dayandırması istənilib.
Apple rəhbərliyinin məsələ ilə bağlı suallara cavab vermədiyi bildirilib.
Qeyd edək ki, bir çox böyük qurumlar kimi, Apple işçiləri də “Benevity” adlı platforma vasitəsilə qeyri-kommersiya təşkilatlarına ianə verə və bunun müqabilində işəgötürənlərindən “töhfə” ala bilərlər.
GÜNEL
tag: "Apple", Qeyri-hökumət, İanə, İsrail ordusu, todaypress.az,