“Apollo 8”in 90 yaşlı ekipaj üzvü təyyarə qəzasında həlak oldu
Dünya
08.06.2024 07:14
“Apollo 8”in ekipaj üzvlərindən biri Vaşinqton ştatında təyyarə qəzasında həlak olub.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Bildirilib ki, “Apollo 8”in ekipaj üzvlərindən biri, astronavt Uilyam Anders təyyarə qəzasında həlak olub.
Qeyd olunur ki, təyyarə Vaşinqton ştatının San Juan adalarında qəzaya uğrayıb. Eyni zamanda, sükan arxasında 90 yaşlı keçmiş astronavtın özü əyləşdiyi bildirilir.
Qeyd edək ki, Uilyam Anders 1968-ci ildə Ayın səthindən Yerin görünüşünün fotosunu çəkdikdən sonra şöhrət qazanıb.
Qeyd edək ki, “Apollon 8” kosmik gəmisi 1968-ci ildə ABŞ-da buraxılıb. Kosmik gəmidə astronavtlar Frank Borman, Ceyms Lovel və Uilyam Anders olub. Missiya tarixdə Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət idi. Aydakı kraterlərindən biri astronavtın adını daşıyır.
GÜNEL
tag: Astronavt, San Juan, "Apollo8", Ay, todaypress.az,