AP üzvü Almaniyanı ittiham etdi
Dünya
24.09.2024 09:16
Avropa Parlamentinin (AP) Polşadan olan üzvü Kosma Zlotovski Almaniyada əlavə sərhəd nəzarətinin tətbiqi ilə əlaqədar Almaniya hakimiyyətini Şengen razılaşmasını pozmaqda ittiham edib.
TodayPress xəbər verir ki, o, bu barədə Avropa Komissiyasına (AK) müraciətində bildirib.
“TFEU-nun 18-ci maddəsinə ( Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilə ) əsasən , milli mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamaq Avropa İttifaqı vətəndaşının ayrılmaz hüququdur. TFEU-nun 20-ci maddəsi Aİ vətəndaşlarına quruma üzv dövlətlərin ərazisində sərbəst hərəkət etmək və yaşamaq hüququ verir. Bundan əlavə, 2004/38/EC Direktivi Avropa İttifaqı vətəndaşlarına digər Üzv Dövlətlərin ərazisində hərəkət və yaşama azadlığına zəmanət verir. Beynəlxalq müqavilələr bu hüququn qanuni şəkildə həyata keçirilməsinə məhdudiyyətlər qoysa da, görülən tədbirlər mütənasib olmalıdır” Zlotovski müraciət məktubunda qeyd edib.
Bununla əlaqədar, Avropa Parlamentinin deputatı Avropa Komissiyasına bir sıra suallar ünvanlayıb. Onun fikrincə, Berlindən gələn məhdudiyyətlər Avropa Komissiyasının qanunvericiliyinə uyğun gəlmir.
Günəş Mərd
tag: Avropa İttifaqı ,Zlotovski, Parlament, Berlin, TFEU ,todaypress.az,