AP suriyalı qaçqınları vətənlərinə qayıtmağa çağırdı

Dünya

24.12.2024 09:27

Avropa Parlamentinin (AP) Almaniyadan olan üzvü Alexander Jungbluth ölkənin keçmiş rəhbəri Bəşər Əsəd rejiminin devrilməsindən sonra bütün suriyalı qaçqınları vətənlərinə qayıtmasına çağırıb.

TodayPress xəbər verir ki, bu barədə Avropa Parlamenti deputatının Avropa Komissiyasına (AK) müraciətində deyilir.

“Bəşər Əsədin devrilməsindən sonra minlərlə suriyalı Almaniya və digər ölkələrin küçələrində öz ölkələrinin azad olunmasını qeyd edib. Son illərdə Avropaya gələn suriyalı sığınacaq axtaran şəxslər (2023-cü ildə təkcə Almaniyada bir milyona yaxın) Əsəd rejimindən qaçmaq üçün Avropaya qaçıblar, yəni onların artıq sığınacaq üçün əsasları yoxdur. Üsyançılar artıq “azad Suriyanı ” səbirsizliklə gözlədiklərini deyərək soydaşlarını geri qayıtmağa çağırıblar Jungbluth yazıb.

Xatırladaq ki dekabrın 9-da Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi suriyalıların sığınacaq ərizələrinə baxılmasını növbəti bildirişə qədər dayandırıb. “Suriyadakı vəziyyət mürəkkəbdir və siyasi baxımdan orada baş verəcəkləri proqnozlaşdırmaq çox çətindir. Ona görə də hazırda ciddi qiymətləndirmə aparmaq mümkün deyil” idarədən bildirilib.

Günəş Mərd

tag: AP, Qaçqın ,Vətən, Əsəd ,Rejim, todaypress.az,