AP Polşanı tənqid etdi
Avropa Parlamentinin İtaliyadan olan üzvləri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelə Polşa ilə bağlı müraciət ediblər.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, deputatların müraciəti parlamentin saytında dərc olunub.
Onlar iddia ediblər ki, Varşava Belarusla sərhəddə insan hüquqlarının pozulduğu zona yaradıb. Polşa-Belarus sərhədində humanitar qrupların, hüquq müdafiəçilərinin və jurnalistlərin buraxılmadığı bufer zona sənəddə “ölüm zonası” kimi qeyd olunub.
Qeyd edək ki, Polşa parlamenti polisə sərhədi keçməyə cəhd edən miqrantlara qarşı odlu silahdan istifadəni icazə verən qanun qəbul edib.
Günəş Mərd
tag: Polşa, Belarus, Polis, Parlament, Varşava, todaypress.az,