AP: Polşa Ukraynaya dəstəkdən yorulub
Ukraynada müharibənin ilk günlərində Polşa Kiyevin ən sədaqətli tərəfdaşlarından biri idi. Lakin üç il sonra vəziyyət dəyişib. Ölkədə ukraynalılara yardımla bağlı ictimai dəstək azalmaqdadır.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Agentliyin yazdığına görə, Varşava hərbi və humanitar yardım baxımından Ukraynanın əsas tərəfdaşlarından biri olaraq qalır və Qərb silahlarının ötürülməsində mühüm rol oynayır. Lakin prezident seçkiləri ərəfəsində əhali arasında ukraynalılara münasibətdə ton dəyişib.
“Polşa mayın 18-i prezident seçkilərinə hazırlaşır. İyunun 1-i ikinci tur keçiriləcək. Bu zaman Ukraynaya yardımla bağlı yorğunluq o qədər nəzərəçarpacaq dərəcədə artıb ki, bir sıra namizədlər seçici səsini qazanmaq üçün yardımı azaltmağı vəd etməyə başlayıblar” deyə məqalədə qeyd olunur.
Qiymət Mahir
tag: Ukrayna,Polşa ,Kiyev,Varşava,todaypress.az,