AP Maskı prezident seçkisinə müdaxilədə ittiham etdi

Dünya

07.12.2024 11:35

Avropa Parlamentinin (AP) müxtəlif ölkələrdən olan bir qrup üzvü amerikalı sahibkar İlon Maskı ABŞ prezident seçkilərində süni müdaxilədə ittiham edib. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatlarının Avropa Komissiyasına (AK) göndərdiyi parlament sorğusunda deyilir. 

“Kvinslend Universitetində tədqiqatçılar tərəfindən aparılan son araşdırma, İlon Maskın “X” hesabında aktivliyin iyul ayından etibarən kəskin şəkildə artdığını, onun paylaşımlarına baxışların 138 faiz, retvitlərin 238 faiz və bəyənmələrinin 186 faiz artdığını müəyyən edib. Baxışların artımı digər tanınmış siyasi hesablardan daha sürətlə çoxalıb. 

Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzinin hesabatında məlum olub ki, Maskın siyasi yazıları Trampı dəstəklədiyi vaxtdan bəri 1,7 milyard baxış alıb. Alqoritm dəyişikliyi Aİ-də vətəndaş diskursuna və seçki proseslərinə, eləcə də ictimai təhlükəsizliyə aydın təsir göstərir və bu risk Rəqəmsal Xidmətlər Qanununa uyğun olaraq qiymətləndirilməlidir” deyə orada bildirilib.

Bundan əlavə, müraciət müəllifləri vurğulayırlar ki, Maskın nəşrlərinə baxış sayının artması onun Ukraynadakı münaqişə və “antisemitizm sui-qəsd nəzəriyyələri” ilə bağlı mesajlarına da aiddir.

Töhfə Səməd

tag: AP, MAsk, Seçki, İttiham ,todaypress.az,