AP Maduronun həbsini tələb edir

Dünya

19.09.2024 17:26

Avropa Parlamenti ( AP) Venesuela Prezidenti Nikolas Maduronun həbsi üçün beynəlxalq order verilməsi, müxalifətin lideri Edmundo Qonzales Urrutianın dövlət başçısı kimi tanınması üçün çağırış edib.

TodayPress xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında dərc olunmuş qətnamədə bildirilir.   

“Avropa Parlamenti Avropa İttifaqını və onun üzv dövlətlərini insan hüquqlarının kobud şəkildə pozulması əsasında insanlığa qarşı cinayətlər törətdiyinə görə Maduronun beynəlxalq həbsinə order verilməsini tələb etməyə çağırır” sənəddə qeyd edilir.

Həmçinin qətnamədə Avropa Parlamenti bütün Aİ-yə üzv dövlətləri Qonzales Urrutianı Venesuelanın qanuni və demokratik yolla seçilmiş prezidenti kimi rəsmən tanımağa çağırıb. 

Günəş Mərd

tag: Maduro ,Avropa Parlamenti, Qonzales Urrutian, Venesuela, Həbs ,todaypress.az,