AP kritik vəziyyət elan etdi
Dünya
03.08.2024 09:28
Avropa Parlamenti bir sıra Avropa İttifaqı ölkələri tərəfindən Macarıstanın boykot edilməsi ilə əlaqədar kritik vəziyyət elan edib.
TodayPress xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) Almaniyadan olan üzvü Kristin Anderson bildirib.
“Avropa Komissiyasının 2024-cü ildə Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyini boykot etmək qərarı Aİ-yə üzv dövlətlər arasında ciddi fikir ayrılıqlarına və müzakirələrə səbəb olub. Bir sıra Aİ ölkələri, o cümlədən İsveç, Estoniya, Latviya, Litva, Polşa və Finlandiya boykota qoşuldular və onların nazirləri Macarıstanın təşkil etdiyi toplantılara qatılmaqdan imtina etdilər" deyə o vurğulayıb.
Qeyd edək ki, iyulun 1-dən Macarıstanın Aİ Şurasına sədrliyi başlayıb. O vaxtdan bəri Macarıstanın Baş naziri Viktor Orban Ukrayna lideri Volodimir Zelenski , Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşüb. Onun Putinlə görüşü Aİ-də xoş qarşılanmayıb.
Günəş Mərd
tag: Avropa, Parlament, Litva, Polşa, Finlandiya, Macarıstan, todaypress.az,