Antidopinq qaydalarını pozan Pol Poqbanın cəzası 18 aya endirdi
Dünya
04.10.2024 23:06
Fransa millisi ilə futbol üzrə 2018-ci il
dünya çempionatının qalibi olan Pol Poqbanın cəzası 18 aya endirilib.
TodayPress Daily Mail" qəzetinə istinadən xəbər
verir ki, bununla da yarımmüdafiəçi 2025-ci ilin martında yaşıl meydanlara
qayıda biləcək.
Qeyd edək ki, Poqba antidopinq qaydalarını pozduğuna görə
4 il müddətinə diskvalifikasiya edilmişdi. 2023-cü il sentyabrın 11-də, A
Seriyasının I turunda "Udineze" ilə matçdan sonra Poqbanın dopinq
testi müsbət nəticələnib. Onda testosteronun səviyyəsi yüksək olub.
tag: Fransa, Futbol, Pol Poqban, Udineze, todaypress.az,