Anti-LGBT reydi keçirildi, 7 nəfər həbs olundu
Dünya
03.12.2024 14:50
Moskvanın Lefortovo Rayon Məhkəməsi LGBT təbliğatına qarşı mübarizə məqsədilə keçirilən reyddən sonra daha 7 nəfəri həbs edib.
TodayPress xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalı məlumat yayıb.
Məhkəmənin qərarı ilə onlar ictimai asayişi pozmaqda və xırda xuliqanlıqda təqsirli biliniblər.
Məhkəmə onların hər birinə inzibati həbs növündə cəza verib. Müəyyən edilib ki, bu vətəndaşlar ictimai yerdə nalayiq ifadələrlə müşayiət olunmaqla cəmiyyətə açıq-aşkar hörmətsizlik ediblər.
Töhfə Səməd
tag: Moskva,Lefortovo Rayon Məhkəməsi,LGBT,todaypress.az,