Antarktida buzları rekord ərimə həddinə çatdı
Dünya
13.09.2024 10:01
Antarktidada dəniz buzları ardıcıl ikinci ildir ki, ən aşağı səviyyəyə enib.
TodayPress xəbər verir ki, bu barədə araşdırma mərkəzinin alimləri məlumat yayıb.
Belə ki, 2023-cü ildə dəniz buzunun səviyyəsində kəskin dəyişiklik baş verib. Qitənin ətrafındakı örtük ardıcıl altı ay ərzində sürətlə əriyib və qışda uzunmüddətli orta göstərici ilə müqayisədə 1,6 milyon kvadratmetr aşağı olub.
Alimlər oxşar vəziyyətin 2024-cü ildə təkrarlanacağını güman edirlər. Çünki sentyabrın 7-də buzun həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə daha da aşağı səviyyədə olduğu ortaya çıxıb.
Töhfə Səməd
tag: Antraktida, Dəniz Buzlar ,Araşdırma ,Alimlər, todaypress.az,