Annalena Berbok: "Orta Şərqdə müharibə riski günü-gündən artır"
Dünya
25.06.2024 03:00
“Orta Şərqdə müharibə riski günü-gündən artır”.
TodayPress xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok, İsrailin Qəzza zolağında və Livan tropaqlarına davam edən hücumu ilə bağlı açıqlamasında deyib.
Berbok İsrailin dostu olaraq Qəzza zolağında müharibədə “özünü itirə” və oradakı mülki əhalinin vəziyyəti ilə bağlı artan beynəlxalq qəzəbin İsrailin təhlükəsizliyinə zərər verəcəyi ilə bağlı xəbərdarlıq edib.
İsrail və Livan arasındakı gərginliyə də toxunan Berbok, "Şimal sərhədində gərginliyin artması bizi son dərəcədə narahat edir. Məhz buna görə sabah Beyruta səfər edəcəyəm. Həll yolları tapmaq üçün tərəfdaşlarımızla intensiv işləyirik. Düşünürəm ki, bu, arzuolunmaz eskalasiyanın qarşısını ala bilər. Əks halda Orta Şərqdə müharibə riski günü-gündən artır” deyə fikrini yekunlaşdırıb.
GÜNEL
tag: Orta Şərq, Almaniya, Xarici işlər naziri, Annalena Berbok, todaypress.az,