Ankarada törədilən terror aktı qurbanlarının sayı 5 nəfərə çatdı
Ankarada terror aktı qurbanlarının sayı 5-ə çatıb,
daha 22 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə
Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya “CNN” Türk telekanalına bildirib.
“Təəssüf ki, şəhidlərimizin sayı beş, yaralıların
ümumi sayı isə 22-dir. Bu, böyük ehtimalla PKK- nın hərəkətləri ilə bağlı qiymətləndirməmizdir.
Bəlli olan kimi şəxsiyyət və digər dəlilləri paylaşacağıq” Yerlikaya bildirib.
Aynur TAC
tag: Türkiyə, Terror, DİN, Ölü, Yaralı, PKK, todaypress.az,