Ankarada terror hücumu: Ölən və yaralananlar var

Dünya

23.10.2024 17:40

2727

Ankarada Türk Təyyarə Sənayesi Anonim Ortaqlığı (TUSAŞ) obyektinin qarşısında silahlı hücum olub.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya faktı təsdiqləyib. O, terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu vurğulayıb.

tag: Ankara, Türkiyə, TUSAŞ, Silah, Hücum, Terror, todaypress.az,