Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparıldı
Dünya
01.08.2024 18:22
Bu gün Ankarada Rusiya ilə ABŞ arasında məhbus mübadiləsi aparılıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, Rusiyada həbsdə saxlanılan ABŞ-nin məşhur “Wall Street journal” nəşrinin müxbiri Evan Gerşkoviç və rusiyalı məhbuslar bu gün sərbəst buraxılıb.
30 nəfərlik siyahıda başqa məşhur şəxslərin də olduğu bildirilir.
Qeyd edilib ki, mübadilə Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) vasitəçiliyi ilə baş tutub.
"Bu, tərəflər arasında "soyuq müharibə"dən sonra ən böyük məhbus mübadiləsidir. Bundan öncəki mübadilə 14 nəfəri əhatə edib" deyə məlumatda vurğulanıb.
tag: Rusiya, ABŞ, Türkiyə, Milli Kəşfiyyat, Məhbuslar, todaypress.az,