Ankara Ukrayna ilə bağlı danışıqlarda iştirak edəcək?
Dünya
10.09.2024 09:26
“Tərəflər danışıqlara hazır olsalar, Ukrayna münaqişəsinin həlli üçün İstanbul prosesinin bərpası mümkündür, lakin hazırda vəziyyət dalana dirənib”.
TodayPress xəbər verir ki, bu barədə “RİA” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Türkiyə tərəfi bütün səviyyələrdə vasitəçilik xidmətlərini göstərməyə hazırdır. Qeyd olunub ki, müharibə nüvə münaqişəsinə çevrilmək riskindədir.
Mayın 14-də Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev və Keml münaqişənin həllinə yaxın deyillər, çünki ölkələrin mövqeləri bir-birindən uzaqdır. Onun sözlərinə görə, internetə sızan sülh sazişi ilə bağlı məlumatlar yalandır.
Töhfə Səməd
tag: Ukrayna, Ankara, Türkiyə, Dmitri Kuleba ,Danışıqlar, todaypress.az,