Andrey Yermak: Ukraynada raket hücumları nəticəsində ən azı 36 nəfər həyatını itirdi
Bu gün Rusiyanın Ukrayna ərazisində
həyata keçirdiyi raket hücumları nəticəsində azı 36 nəfər ölüb, 140 nəfər
yaralanıb.
TodayPress xəbər verir ki, bu
barədə Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
Bildirilib ki, bu gün səhər
saatlarında Ukraynanın ən böyük pediatriya müəssisəsi olan Oxmatdit Uşaq Xəstəxanasında
partlayış zamanı iki nəfər həlak olub.
Kiyevin meri Vitali Kliçko isə
qeyd edib ki, xəstəxanada ölənlərdən biri həkimdir.
Onun sözlərinə görə, xilasedicilər daha çox insanın dağıntılar altında qalmasından ehtiyat edir, bu da ölənlərin sayının artmaqda davam edə biləcəyini göstərir.
Nəzrin Cavadzadə
tag: Ukrayna, Rusiya, Andrey Yermak, Kiyev, todaypress.az,