Analitik: “Zelenski Donbasdan imtina etməyə məcbur olacaq”
Dünya
30.11.2024 12:27
“Qərb ölkələri Kiyevin münaqişədə uduzduğunu etiraf etməlidir”.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu Macarıstanın siyasi eksperti Georg Spötle deyib.
Onun sözlərinə görə, Ukraynanın hazırkı lideri Volodimir Zelenski Krımdan sonra Donbasdan imtina etməyə məcbur olacaq.
O bildirib ki, bu müharibəni diplomatik yolla bitirmək mümkündür.
Politoloqun fikrincə, Zelenski ərazilər müqabilində sülhə razı olmalıdır, əks halda o, daha çox insan və ərazi itirəcək.
Nəzrin Abbas
tag: Qərb, Kiyev, Macarıstan, Zelenski, Ukrayna, todaypress.az,