Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək
Dünya
08.10.2024 05:45
Anakliya limanı 2029-cu ilə qədər ilk
gəmiləri qəbul edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun
seçki qərargahının rəhbəri, Baş nazir İrakli Kobaxidze seçkiqabağı proqramın
təqdimatında bildirib.
Baş nazir qeyd edib ki, Anakliya layihəsinin yalnız
birinci mərhələsində 600 milyon dollar sərmayə qoyulacaq.
“Bu layihənin birinci mərhələsi 2029-cu ildə başa
çatacaq. Anakliya limanı 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcək. Bu
limanın illik buraxılış qabiliyyəti 600 min konteyner təşkil edəcək və yalnız
birinci mərhələdə 600 milyon dollar sərmayə qoyulacaq. Bu, şübhəsiz ki,
iqtisadi inkişaf üçün ən vacib layihədir” Kobaxidze deyib.
Onun sözlərinə görə, işlər artıq başlayıb, Çin-Sinqapur
konsorsiumu ilə müqavilə imzalanıb və Belçika şirkəti limanın dərinləşdirilməsi
işlərinə birbaşa başlayacaq.
"Dəmir yolu modernləşdirmə layihəsi yaxın vaxtlarda
başa çatacaq ki, bu da nəqliyyat əlaqələrinin inkişafı üçün vacibdir. Yükdaşıma
qabiliyyəti 27 milyon tondan 48 milyon tona qədər artırılacaq. Bu layihə də
tranzit funksiyamızın inkişafı üçün əsas əhəmiyyət kəsb edir” Kobaxidze
vurğulayıb.
tag: Anakliya, Liman, İrakli Kobaxidze, Gürcüstan, todaypress.az,