“Anadolu”nun operatoru Qəzzada güllə yarasından öldü
Dünya
10.01.2025 23:44
Türkiyənin
"Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan
Qəzza zolağında aldığı güllə yarasından ölüb.
TodayPress agentliyə istinadən xəbər verir ki, hadisə
fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş
verib.
Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə
aparıldığı yerdə çəkiliş edirmiş.
Agentlik bildirib ki, İsrail hərbçiləri çoxlu jurnalistin
olduğu düşərgəni mühasirəyə alıblar.
"Anadolu"nun yaydığı kadrlarda operatorun digər
insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil
hərəkətsiz yerə yıxıldığı görünür. Qaçanlardan biri onu ayağa qaldırmağa
çalışsa da, sonra xəsarət almaqdan qorxaraq hadisə yerindən uzaqlaşıb.
tag: Anadolu Agentliyi, Jurnalist, Qəzza, Ölüm, todaypress.az,