Amsterdam rəsmilərinə "Telegram"dan istifadə qadağan edildi

Dünya

19.08.2024 16:51

Hiderlandın Amsterdam şəhərinin hakimiyyət orqanları dövlət işçilərinə iş telefonlarında "Telegram" messencerindən istifadə etməyi qadağan edib.

TodayPress xəbər verir ki, bu barədə "RİA Novosti" şəhər şurasının üzvü Aleksandr Şoltesə istinadən yazıb.

Dövlət qulluqçusunun sözlərinə görə, məmurlara “cinayətkar fəaliyyət, tətbiq və casusluq riski” səbəbindən "Telegram"dan istifadə qadağan edilib. Şoltes həmçinin bildirib ki, messencerdən hakerlər, fırıldaqçılar və narkotik alverçiləri istifadə edir.

Qeyd olunub ki, Amsterdam bələdiyyəsi ölkədə məmurlara "Telegram"dan istifadəni qadağan edən yeganə bələdiyyədir.

tag: Amsterdam, Hiderland, Telegram, Qadağa, Məmurlar, todaypress.az,