Amerikanın "Abrams" tankları Kursk bölgəsində göründü

Dünya

21.10.2024 21:46

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin texnikası arasında Amerikanın “Abrams” tankları görünüb.

 

TodayPress bu barədə “RV” “telegram” kanalına istinadən məlumat verir.

 

Məlumata görə, tankın Novoivanovka kəndindəki evləri dağıtmaq üçün istifadə edildiyi iddia edilir.


Kanal qeyd edir ki, hər iki növ texnika Ukrayna Silahlı Qüvvələrinin bir hissəsi Pokrovskdan Kurska köçürülmüş 47-ci mexanikləşdirilmiş briqada tərəfindən istifadə olunur.

 

Aynur TAC

tag: Tank, Amerika, Ukrayna, Kursk, todaypress.az,