Amerikalıların 70 faizi Baydenə inanmır – SORĞU

Dünya

18.07.2024 16:42

Amerikalıların 70 faizi ABŞ-nin hazırkı Prezidenti Cozef Baydenin prezident seçkilərindən geri çəkilməsini istəyir.

TodayPress xəbər verir ki, bu, “AP-NORC” sosioloji xidməti tərəfindən aparılan sorğunun nəticələrində qeyd olunub. 

Bildirilir ki, Demokrat Partiyasının tərəfdarlarının 65 faizi daxil olmaqla, rəyi soruşulan hər 10 amerikalıdan 7-nin fikrincə, o, namizədliyini geri götürməli və partiyasının başqa namizəd seçməsinə imkan verməlidir.

Sosioloji xidmətin məlumatına görə, sorğuda iştirak edən demokratların yalnız 27 faizi Co Baydenin prezident vəzifələrini yaxşı yerinə yetirəcəyinə inanır. 

Qeyd edək ki, hazırda bir çox siyasətçilərin fikrincə,  demokratlar Baydenin namizədliyini irəli sürməkdən imtina edə və onu başqa namizədlə əvəzləyə bilərlər. Partiyanın avqustda keçiriləcək qurultayında nəzəri cəhətdən belə bir imkanı var.

tag: Amerika, Bayden, Demokrat, Partiya, todaypress.az,