Amerikalılar Trampa, yoxsa Harrisə üstünlük verir? - Sorğu

Dünya

08.10.2024 18:30

Amerikalılar Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı güclü lider, onun Demokrat rəqibi Kamala Harrisi isə gülünc hesab edirlər. 

TodayPress xəbər verir ki, bu barədə öz ictimai rəy sorğusuna istinadən “The New York Times” yazıb.

Respondentlərin 48 faizi Trampı güclü lider kimi qiymətləndirib. 45 faiz isə Harrisə üstünlük verib. 

Eyni zamanda, hazırkı vitse-prezident gülüş doğuran şəxs kimi keçmiş Amerika liderini geridə qoyub. Respondentlərin 43 faizi Harrisi, 35 faizi isə Trampı bu cür xarakterizə edib.

Töhfə Səməd

tag: Amerika ,Tramp ,Kamala Harris, Sorğu, Prezident, todaypress.az,