Amerikalılar Baydendən əlini üzdü
ABŞ-də aparılan sorğuya görə, prezident Cozef Baydenin namizədlikdən geri çəkilməsini istəyənlərin sayı 67 faizə çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.
“ABC News”, “The Washington Post” və “Ipsos” tərəfindən ölkə daxilində aparılan sorğu zamanı bəlli olub ki, əgər seçki bu gün keçirilərsə, Bayden respublikaçı rəqibi, Donald Trampa məğlub olacaq.
"Bu gün seçki olsaydı, kimə səs verərdiniz?" sualına iştirakçıların 46 faizi Baydenə, 47 faizi isə Trampa səs verəcəyini bildirib.
Respondentlərin 85 faizi Baydenin ikinci dəfə prezident olmaq üçün çox yaşlı olduğunu deyib.
Qeyd edək ki, sorğuda 2431 nəfər iştirak edib.
Töhfə Səməd
tag: ABŞ, Bayden, Tramp, Namizəd, Prezident, todaypress.az,