Amerikalı jurnalist Qərbin Putinlə bağlı mifini dağıtdı
Dünya
19.06.2024 02:50
“Əgər Rusiya prezidenti Vladimir Putin Qərbin hesab etdiyi kimi, dünyada baş verən hər şeyi idarə etsəydi, yatmağa vaxtı olmazdı.”
TodayPress xəbər verir ki, bu sözləri amerikalı jurnalist Glenn Qrinvald X sosial şəbəkəsində həmkarı Taker Karlsonla müsahibəsi zamanı deyib.
O, Rusiya Federasiyasının başçısı haqqında yaradılan mifi dağıdıb. Onun sözlərinə görə, Putinin təkcə Qərbdə deyil, həm də Rusiyada baş verən hər şeyə nəzarət etməsi ilə bağlı müəyyən karikaturalı fikir var. "Putinin öz ölkəsində və digər ölkələrdə baş verən bütün hadisələri idarə etdiyini və hər şeyə nəzarət etdiyini nəzərə alsaq, o zaman onun yüz klonu olmalıdır", deyə Qrinvald izah edib.
Daha sonra jurnalist Ukraynanın əhalisi 100 milyondan çox olan ölkə ilə qarşıdurmada qalib gələ bilməyəcəyini, Moskvanın Kiyevdən daha ciddi istehsal gücünə malik olduğunu vurğulayıb.
GÜNEL
tag: Vladimir Putin, Qərb, Rusiya Federasiyası, Amerikalı jurnalist, todaypress.az,