Amerikada Müstəqillik Müharibəsinin qalıqları tapıldı
Arxeoloqlar Amerikanın Minute Man Milli Tarix Parkında İnqilab Müharibəsinə aid qalıqlar tapıblar.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Bildirilib ki, park işçiləri ərazidə gəzərkən 250 il bundan əvvələ aid muşket güllələri tapıblar.
Aparılan tədqiqatlar sübut edir ki, noxud böyüklüyündə olan bu güllələr Amerika İnqilab Müharibəsinə məxsusdur.
Tapılan güllələr hədəfə dəyməyib, buna görə də bütöv qalıb. Çünki muşket güllələri hədəfə dəfən zaman parçalanır.
Park rəsmilərinin sözlərinə görə, güllələrin tapılması xəbəri yayılandan sonra parka təşriv gətirənlərin sayı artıb. Rəsmilər, güllələrin harada tapıldığını açıqlamamağı üstün tutub.
Xatırladaq ki, Amerika Müstəqillik Müharibəsi kimi də tanınan Amerika İnqilab Müharibəsi 1775-1783-cü illər ərzində Böyük Britaniya ilə Şimali Amerikanın 13 koloniyası arasında baş verib.
Töhfə Səməd
tag: Amerika, Müstəqillik, Müharibə, İnqilab, Qalıqlar, todaypress.az,