Amerika və Taliban arasında əsir mübadiləsi oldu
Dünya
21.01.2025 13:44
2022-ci ildən Əfqanıstanda saxlanılan amerika vətəndaşı Rayan Korbet azadlığa buraxılıb.
TodayPress xəbər verir ki, bu barədə “ABC News” paylaşım edib.
Bildirilir ki, Korbet və başqa bir Amerika vətəndaşı Əfqan döyüşcü Xan Məhəmmədlə dəyişdirilib.
İddia edilir ki, adı çəkilən əfqan döyüşçü terror ittihamı ilə 2008-ci ildə ömürlük həbs cəzasına məhkum edilərək, ABŞ-yə ekstradisiya edilib.
Eyni zamanda azad edilən Korbetin ailəsinin uzun illər ərzində dəfələrlə həm Tramp, həm də Bayden administrasiyası ilə görüşdüyü diqqətə çatdırılıb.
Korbetin həyat yoldaşının bu yaxınlarda ABŞ-nin 46-cı prezidenti Cozef Bayden ilə danışdığı, həmçinin yeni seçilmiş Tramp administrasiyasının üzvləri ilə görüşdüyü üzə çıxıb.
Nicat Osman
tag: ABŞ ,Əfqanıstan,Döyüşçü,Terror,Todaypress.az,